satellite   Azerspace-1: 11135 H 30000

Estoniyanın yeni prezidenti seçilib

Estoniyanın yeni prezidenti seçilib

Estoniya parlamenti Ülle Madiseni ölkənin yeni prezidenti seçib.

NTV "Reuters"ə istinadən xəbər verir ki, 51 yaşlı Ü.Madise Estoniya prezidenti vəzifəsində ikinci qadın olub.

Ü.Madise 2015-ci ildən Estoniyanın ədliyyə kansleri vəzifəsini tutur. O, növbəti beş il ərzində prezident vəzifəsini icra edəcək.

Estoniyada prezident parlament - Riyqikoqu tərəfindən seçilir. Ü.Madise seçkilərdə yeganə namizəd olub, çünki potensial rəqiblərdən heç biri öz namizədliyini qeydə aldırmaq üçün deputatların lazımi dəstəyini qazana bilməyib.

Qeyd edək ki, Ülle Madise bu postda Alar Karisi əvəz edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM