satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan TDT ölkələri ilə rəqəmsal ticarəti genişləndirir

Qazaxıstan TDT ölkələri ilə rəqəmsal ticarəti genişləndirir

Qazaxıstan Qurultayı (parlament) “"Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyatda tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi haqqında Qanunu qəbul edib.

NTV “Kazinform”a istinadla xəbər verir ki, sənəd elektron ticarət sənədləri və fakturalar, gömrük və nəqliyyat məlumatlarının mübadiləsi, rəqəmsal logistika, sərhədyanı elektron ödənişlər sahəsində əməkdaşlığı nəzərdə tutur.

2026-cı ilin ilk səkkiz ayında Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi 41,2 faiz artaraq 11,5 milyard dollara, ixracı isə 53,8 faizlik artımla 9,15 milyard dollara çatıb.

Sazişin icrasını əlaqələndirmək üçün Birgə Komitənin yaradılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM