satellite   Azerspace-1: 11135 H 30000

Süni intellekt peşə təhsilinə hələ ciddi təsir göstərmir – Anar Əliyev

Süni intellekt peşə təhsilinə hələ ciddi təsir göstərmir – Anar Əliyev

Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək, lakin peşə təhsili ilə bağlı bu təsir hələlik o qədər də ciddi qiymətləndirilmir.

NTV  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda keçirilən panel sessiyada çıxışında deyib. Nazir bildirib ki, bu, peşə təhsili üzrə tələbatın daha uzun müddət davam edəcəyi deməkdir: “Əmək bazarının tələbləri və keyfiyyət meyarları baxımından bizim üçün əsas məsələ işəgötürənlərin tələblərinə cavab verən işçi qüvvəsinin əmək bazarına daxil olmasıdır. Yəni bu gün təhsil sisteminin yekun benefisiarı əmək bazarıdır. Ona görə də nazirlik olaraq peşə təhsilinin, eləcə də nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığının inkişafını bu proqramların beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasında görürük”.

Nazir vurğulayb ki, peşə hazırlığı və peşə təhsili ilə bağlı əsas fəaliyyət istiqamətlərdən biri əmək standartlarının hazırlanmasıdır: “Artıq minlərlə peşə və ixtisas standartını hazırlayaraq nazirliyin müvafiq reyestrinə daxil etmişik. Bu standartlar hazırlanarkən beynəlxalq əmək bazarının qəbul olunmuş tələb və standartları nəzərə alınıb”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM