Papua-Yeni Qvineya bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb.
NTV xəbər verir ki, bu barədə Alman Yer Elmləri Tədqiqat Mərkəzi məlumatı yayıb.
Bildirilib ki, zəlzələ çərşənbə günü yerli vaxtla saat 03:42-də baş verib. Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin koordinatları 5,82 dərəcə cənub en dairəsi və 146,65 dərəcə şərq uzunluğu olaraq müəyyən edilib.
Dağıntı və tələfat barədə açıqlama verilməyib.
