satellite   Azerspace-1: 11135 H 30000

Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib

Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib

İnflyasiya və alıcılıq qabiliyyətinin zəifləməsi Fransada əhalinin qidalanma vərdişlərinə ciddi təsir göstərib. “La Brigade de Véro” şirkətinin araşdırmasına əsasən, fransızların 68 faizi son 12 ay ərzində büdcə məhdudiyyətləri səbəbindən qida alış-verişi və istehlak vərdişlərini dəyişib.

NTV  xəbər verir ki, qiymət artımından ən çox təsirlənən məhsullar ət və balıqdır. Respondentlərin 54 faizi isə restoranlara əvvəlkindən daha az getdiyini bildirib.

Bununla yanaşı, fransızlar xərcləri azaltmaq üçün müxtəlif üsullara əl atırlar: 73 faizi evdə daha çox yemək hazırlayır, 75 faizi ərzaq israfını azaldır, 66 faizi supermarketlərin öz markalı məhsullarına üstünlük verir. Respondentlərin 55 faizi isə kəmiyyətdən çox keyfiyyətə önəm verərək, daha az məhsul almağa üstünlük verir.

Araşdırmaya görə, qida seçimində respondentlərin 27 faizi üçün yeməyin dadı və ləzzəti qiymətlə eyni dərəcədə əhəmiyyətlidir. Qidalanma balansı və sağlamlığa fayda, məhsulların mənşəyi respondentlərin yalnız 9 faizi, rahatlıq və vaxta qənaət isə 3 faizi üçün əsas meyardır.

Tədqiqat fransızların həftədə səkkiz saatdan çox vaxtını ərzaq alış-verişinə və yemək hazırlamağa sərf etdiyini də göstərir. Bununla belə, sağlam qidalanma ilə real imkanlar arasında ciddi fərq qalır: respondentlərin yalnız 15 faizi kifayət qədər meyvə və tərəvəz istehlak etdiyini düşünür. Meyvə-tərəvəzin yüksək qiyməti (51 faiz) və onların saxlanmasındakı çətinliklər (34 faiz) gündəlik tövsiyə olunan beş porsiya istehlakına mane olan əsas amillərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM