satellite   Azerspace-1: 11135 H 30000

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq

“Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

NTV xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Gələn il yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilməklə, illik artım tempi saxlanılıb.

İclasda, həmçinin “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də birinci oxunuşda təsdiqlənib. Sənəd layihəsinə əsasən, bu hədd 314 manat məbləğində müəyyən olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM