satellite   Azerspace-1: 11135 H 30000

Roma Papası ABŞ-də aralıq seçkilərindən sonrakı dövrdə sülhə və birliyə çağırıb

Roma Papası ABŞ-də aralıq seçkilərindən sonrakı dövrdə sülhə və birliyə çağırıb

ABŞ-də keçirilən aralıq seçkilərdən sonra gözləntiləri ilə bağlı suala cavab verən Papa XIV Leo daha geniş dialoq və barışığa çağırıb.

NTV İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, Papa noyabrın 17-də Limadan Romaya uçarkən jurnalistlərə bildirib: “Dialoq, körpülər qurmaq, barışıq üçün daha böyük potensial, daha az mübahisə, daha az müharibə, daha az bölünmə görmək istərdim. Bilirəm ki, bu, xəyaldır, amma eyni zamanda, bunun mümkün olduğunu da bilirəm”. O bildirib ki, Katolik Kilsəsi sosial təlimləri vasitəsilə dialoqu inkişaf etdirməyə və insanları bir-birini dinləməyə təşviq etməyə çalışır.

Papa yerli vaxtla səhər saat 08:47-də Romanın Fiumicino hava limanına eniş edərək ən uzun beynəlxalq səfərini başa vurub. Perunun RPP telekanalının məlumatına görə, 12 günlük səfər noyabrın 6-da Montevideoda başlayıb. Pontifik, həmçinin Uruqvay, Argentina və Perunun 10 şəhərinə səfər edib.

Roma Papası təxminən iyirmi il Avqustin missioneri kimi çalışdığı və daha sonra Çiklayo yepiskopu kimi xidmət etdiyi Peruda yerli icmaların daha güclü müdafiəsinə çağırıb və meşələrin qırılmasını, qanunsuz mədən işlərini, ətraf mühit müdafiəçilərinə qarşı zorakılığı pislədi. Onun Limadakı Las Palmas hava bazasında sonuncu dəfə etdiyi messa təxminən 1,5 milyon insanı cəlb edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM