satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Ümumi çəkisi 6,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 4 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 30 patron darağı və 3393 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM