ABŞ Prezidenti Donald Trampa və digər yüksəkvəzifəli dövlət rəsmilərinə qarşı sui-qəsd planı hazırlamaqda təqsirləndirilən Pakistan vətəndaşı Asif Merchant 27,5 il müddətinə azadlıqdan məhrum edilib.
NTV xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 48 yaşlı Merchant terror aktı törətməyə cəhd və muzdlu qətl ittihamları üzrə Bruklin federal məhkəməsinin qərarı ilə 330 ay həbs cəzası alıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs sui-qəsd planını 2020-ci ildə ABŞ-nin pilotsuz uçuş aparatı hücumu nəticəsində öldürülmüş İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Qasım Süleymaninin qisasını almaq məqsədilə hazırladığını etiraf edib.
İstintaqın məlumatına əsasən, onun hədəfləri arasında Donald Tramp, keçmiş prezident Co Bayden və ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli də olub.
