satellite   Azerspace-1: 11135 H 30000

Kanada Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayırıb

Kanada Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayırıb

Kanada Ukraynaya silah və sursat tədarükü üçün əlavə 31,5 milyon dollar vəsait ayırıb. Həmçinin Kiyevə yerli istehsal olan 1,6 milyon patron veriləcək.

NTV xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

Sənədə əsasən, Çexiyanın Ukrayna Silahlı Qüvvələrini sursatla təmin etmək təşəbbüsü çərçivəsində 45 milyon Kanada dolları (31,5 milyon ABŞ dolları) ayrılacaq. Bundan əlavə, MX-15D hədəf təyinetmə sistemlərinin alınmasına 80 milyon Kanada dolları (55,9 milyon ABŞ dolları) yönəldiləcək.

Bununla da Kanadanın 2022-ci ilin fevralından bəri Ukraynaya silah tədarükü üçün ayırdığı vəsaitin ümumi məbləği 5,9 milyard dolları ötüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM