satellite   Azerspace-1: 11135 H 30000

Almaniyalı nazir: Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir

Almaniyalı nazir: Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir

İqtisadi münasibətlər və enerji təchizatı ilə bağlı Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində böyük potensial var. Bu, bizim enerji təsərrüfatımız, həmçinin iqtisadiyyatımız üçün vacib dəstəkdir.

NTV xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun fikrincə, təhsillə bağlı əlaqələrin inkişaf etdirilməsi üçün universitetlər arasında əməkdaşlıq genişlənə bilər.

“Bütün Cənubi Qafqaz regionu avropalılar üçün şans və yeni imkanlar regionudur. Biz bu regionda öz münasibətlərimizi daha da inkişaf etdirmək istəyirik və Azərbaycanın burada aparıcı rolu var. Belə ki, hazırda Rusiya-Ukrayna müharibəsi dövründə Avropada enerji təchizatı ilə əlaqəli məsələlər təhlükə altındadır. Bu səbəbdən Avropa üçün önəmli tərəfdaşlardan biri də Azərbaycandır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM