satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər

Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanın üç basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarına çıxacaq.

NTV xəbər verir ki, “LANDAU Lions” G qrupunun VII turunda Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Erhan Tokerin rəhbərlik etdiyi kollektiv əvvəlki altı matçda bir qələbə qazanıb. “LANDAU Lions” 7 xalla qrupda sonuncu – 6-cı yerdədir.

Digər təmsilçimiz “Gəncə” komandası C qrupunun VII turunda Yunanıstanda “Kolossos” klubunun qonağı olacaq. Faliraki şəhərindəki “Kalliteya” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Murat Dikmenin baş məşqçisi olduğu komanda əvvəlki 6 oyunda cəmi bir qələbə qazanıb və 6 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.

“Neftçi” basketbol komandası da bu gün meydana çıxacaq. “Ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk 6 qarşılaşmada bir qələbə qazanan “Neftçi” 7 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM