satellite   Azerspace-1: 11135 H 30000

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

Fransanın ədliyyə naziri Jeral Darmanən noyabrın 18-də bildirib ki, oktyabrın 17-dən bəri yaşayış xərclərinin artmasına qarşı keçirilən nümayişlərlə əlaqədar 7184 nəfər polis nəzarətinə götürülüb və 466 etirazçı həbs cəzasına məhkum edilib.

NTV fransız mediasına istinadla xəbər verir ki, nazir deyib: “Bu günə qədər 7184 nəfər polis nəzarətinə götürülüb, iğtişaşlar nəticəsində 3053 cinayət işi açılıb və 1217 alternativ tədbir görülüb”.

Darmanen bildirib ki, polis nəzarətinə götürülən şəxslərdən 4523-ü yetkin, 2661-i isə yetkinlik yaşına çatmayanlar olublar. O əlavə edib ki, əleyhinə ittiham irəli sürülən 2301 nəfər hakim qarşısına çıxarılıb, məhkəmə proseslərinin təxminən 70 faizi sürətlə keçirilib. Nazirin sözlərinə görə, 466 nəfərə həbs cəzası verilib. O, həmçinin bildirib ki, 209 yetkin və beş yetkinlik yaşına çatmayan şəxs məhkəməyəqədər istintaq üçün həbsə alınıb: “Noyabrın 16-na olan məlumata görə, ümumilikdə 356 nəfər azadlıqdan məhrum edilib” – deyə nazir bildirib. O diqqətə çatdırıb ki, həbs olunanların üçdə ikisi nümayişlərin ilk günündə saxlanılıb.

Fransada nümayişlər yaşayış xərclərinin artmasına və dövlət xidmətlərindəki ixtisarlara qarşı daha geniş səfərbərliyin bir hissəsi idi. Etirazlar “Sarı jiletlilər” hərəkatının fəallarını, tələbələri və həmkarlar ittifaqları da daxil olmaqla müxtəlif qrupları bir araya gətirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM