satellite   Azerspace-1: 11135 H 30000

Misin qiyməti son 5 ayın minimumuna yaxınlaşıb

Misin qiyməti son 5 ayın minimumuna yaxınlaşıb

Süni intellekt sektorunda müşahidə olunan qeyri-sabitlik, Çində sənaye metallarının qiymətlərinə dair pessimist gözləntilər və ABŞ dollarının möhkəmlənməsi misin dünya bazarında ucuzlaşmasını sürətləndirib. Nəticədə misin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.

NTV  xəbər verir ki, London Metal Birjasında misin fyuçers qiyməti 1,6 faizədək azalaraq bir ton üçün 13 min 19 dollara enib. Bu, iyunun 24-dən bəri qeydə alınan ən aşağı göstəricidir. Beləliklə, mis qiymətləri son 2 ilin ən uzunmüddətli həftəlik ucuzlaşma tendensiyasına doğru irəliləyir. Hazırda qiymət 13 min 226 dollar civarındadır.

İnvestorlar faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı siqnallar əldə etmək üçün ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabr ayında keçirilmiş iclasının protokolunun açıqlanmasını gözlədikləri bir vaxtda dolların məzənnəsi yüksəlib. Bazarlarda pul-kredit siyasətinin daha sərt istiqamətdə dəyişəcəyi ilə bağlı gözləntilər güclənib.

Analitiklərin fikrincə, bu amillər süni intellekt şirkətlərinin səhmlərində son dövrlər müşahidə olunan dalğalanmaların yaratdığı satış təzyiqi ilə birlikdə boru və elektrik naqillərinin istehsalında geniş istifadə olunan misin qiymətinə mənfi təsir göstərib. Çindən gələn zəif iqtisadi göstəricilər də tələb perspektivlərini pisləşdirərək əsas sənaye metallarının qiymətlərində ümumi enişə səbəb olub.

Bu gün sink və nikelin qiymətləri də 1 faizdən çox ucuzlaşıb. Alüminiumun qiymətindəki itkilər isə daha da dərinləşib. Bu, noyabr ayı üzrə fyuçers müqavilələrinin müddətinin başa çatması ərəfəsində London Metal Birjasında anbarlarında ehtiyat çatışmazlığının yaratdığı kəskin bazar gərginliyinin azalmasına şərait yaradıb.

Qeyd edək ki, “Deutsche Bank” gələn ilin ikinci rübündə misin bir tonunun qiymətinin 22 min 50 dollar, 2027-ci il üzrə orta qiymətin 20 min 900 dollar, 2028-ci ildə isə 18 min 500 dollar olacağını gözləyir.

Qlobal mis ehtiyatları yüksək olaraq qalır. Beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM