satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.

NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.

Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.

Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM