Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri arasında tammiqyaslı ikitərəfli danışıqlar gözlənilmir.
NTV xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, sammitin cədvəli belə bir söhbətə imkan verməyəcək. Kremlin sözçüsü qeyd edib: “Burada tammiqyaslı danışıqlar aparmaq üçün vaxt və ya fürsətin olması ehtimalı azdır; bu, baş verməyəcək və heç kim bunu gözləmir”.
Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların noyabrın 19-da Şençjendə keçirilməsi planlaşdırılır.
