İstismara verildiyi tarixdən bu ilin avqust ayınadək Göygöl rayonunda Kürəkçay çayı üzərində yerləşən "Toğanalı" Kiçik Su Elektrik Stansiyasında (KSES) 27,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə NTV-yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, su elektrik stansiyalarının fəaliyyəti "yaşıl enerji"nin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.
Qeyd edək ki, "Toğanalı" KSES 2 il öncə - 2024-cü il sentyabrın 2-də istismara verilib. Stansiyanın ümumi gücü 4,1 MVt təşkil edir.
