satellite   Azerspace-1: 11135 H 30000

Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır

Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır

Təchizatla bağlı risklər fonunda Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artmaqda davam edir.

NTV xəbər verir ki, Niderlandın TTF habında fyuçers müqavilələri üzrə qazın qiyməti 1,7 faiz artaraq meqavat-saat üçün 73,42 avroya çatıb. Qitədə qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir. Qazın oktyabr üzrə fyuçersləri isə bu həftə təxminən 10 faiz artıb.

Ekspertlərin fikrincə, qiymətlər ABŞ və İran arasında yenidən baş verən qarşıdurmanın Hörmüz boğazından enerji axınının qısamüddətli bərpasına olan ümidləri zəiflətməsi fonunda artır.

“Morningstar” şirkətinin baş analitiki Tankred Fulop deyib: “Biz 2022-ci ildəki kimi enerji böhranı gözləmirik, lakin Avropa struktur olaraq başqa bir qaz şokuna qarşı həssasdır. Avropanın qaz balansı gələn il sıx qalacaq. Yeni qlobal LNG tədarükünün başlayacağı 2028-ci ilə qədər qiymətlərin əhəmiyyətli dərəcədə normallaşması ehtimalının az olacağı proqnozlaşdırılır”.

Bundan başqa, davam edən təchizat fasilələri Avropanın qışdan əvvəl qaz ehtiyatlarını doldurmaq səyləri mənfi təsir edir. Hazırda qitədə anbarların doluluq nisbəti 65 faizdir ki, bu da 2009-cu ildən bəri qeydə alınan ən aşağı mövsümi səviyyədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:20 02.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM