İngiltərə Premyer Liqası klubları yay transfer pəncərəsində futbolçuların keçidlərinə çəkilən ümumi xərclər üzrə yeni rekorda imza atıblar.
NTV BBC-yə istinadla xəbər verir ki, klublar mövsümlərarası fasilədə heyətlərini gücləndirmək üçün ümumilikdə təxminən 3,46 milyard funt sterlinq (4,04 milyard avro) xərcləyiblər. Əvvəlki rekord ötən ilin yayında qeydə alınıb – 3,14 milyard funt sterlinq (3,66 milyard avro).
Yay transfer pəncərəsində İngiltərə Premyer Liqasında bonus ödənişləri nəzərə alınmadan ən bahalı keçidlər Enzo Fernandesin “Çelsi”dən “Mançester Siti”yə 125 milyon funt sterlinqə, Morqan Rocersin “Aston Villa”dan “Çelsi”yə 117 milyon funt sterlinqə, Elliot Andersonun “Nottingem Forest”dən “Mançester Siti”yə 116 milyon funt sterlinqə, Bredli Barkolanın PSJ-dən “Liverpul”a 107 milyon funt sterlinqə və Sandro Tonalinin “Nyukasl”dan “Tottenhem”ə 101 milyon funt sterlinqə transferləri olub.
Qeyd ededək, ki transfer pəncərəsinin son günündə Premyer Liqa klubları futbolçu keçidlərinə 475 milyon funt xərcləyiblər. Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə 84 milyon funt çoxdur. Klublar arasında ən çox vəsait xərcləyən “Mançester Siti” olub. Mançester təmsilçisi transferlərə ümumilikdə 458 milyon funt sərf edib.
