Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi”dən “Mançester Siti”yə transfer olunub.
NTV xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin məbləği 125 milyon funt-sterlinq (təxminən 146 milyon avro) təşkil edib. Bu, İngiltərə futbolunda rekord göstəricinin təkrarlanmasıdır. Təxminən bir il əvvəl “Liverpul” hücumçu Aleksander İsakı “Nyukasl”dan eyni məbləğə transfer edib.
Qeyd edək ki, Enzo Fernandes 2023-cü ilin qışından “Çelsi”nin formasını geyinib. O, London klubunun heyətində bütün turnirlərdə 170 oyuna çıxıb, 31 qol vurub və 30 məhsuldar ötürmə edib. Argentinalı yarımmüdafiəçi “Çelsi” ilə UEFA Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub. Futbolçu daha əvvəl Portuqaliyanın “Benfika”, Argentinanın “River Pleyt” və “Defensa i Xustisiya” klublarında çıxış edib. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub.
