satellite   Azerspace-1: 11135 H 30000

PSJ "Lion"un rekordunu qırıb

PSJ "Lion"un rekordunu qırıb

PSJ klubu Fransanın digər təmsilçisi "Lion"un UEFA Çempionlar Liqasındakı rekordunu qırıb.

Naxçıvan televiziyası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu buna İngiltərədə "Aston Villa"ya uduzduğu (2:3) 1/4 final mərhələsinin cavab oyununda nail olub.

Parislilər cari mövsüm qitənin bir nömrəli klub turnirində 30 qola imza atıb. "Lion" 2004/2005 mövsümündə 29 qolla yadda qalıb.

Qeyd edək ki, Fransada "Aston Villa"nı 3:1 hesabı ilə üstələyən PSJ Çempionlar Liqasında yarımfinala yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM