satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı daha altı ay uzadıb.

NTV Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli "Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında" əmrində bildirilib.

Qadağa altı ay müddətinə – 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək tətbiq ediləcək. Bu, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə çıxarılmasına da aiddir.

Beləliklə, benzinin, dizel yanacağının və bəzi növ neft məhsullarının avtomobil nəqliyyatı ilə ölkədən çıxarılması qadağan edilir.

Daha bir qadağa Qazaxıstandan Aİİ-nin gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosinlərinin və dizel yanacağının və s. çıxarılmasına aiddir. Sənəd noyabrın 16-da qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:26 06.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM