satellite   Azerspace-1: 11135 H 30000

Kosmik hava proqnozu açıqlanıb: geomaqnit qasırğası gözlənilir

Kosmik hava proqnozu açıqlanıb: geomaqnit qasırğası gözlənilir

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.

BDU-dan  NTV-yə  bildirilib ki, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimalı yüksəkdir. Digər tərəfdən, Günəşin səthində L-formalı böyük Tac Dəliyinin (Coronal Hole) olması və buradan öz başlangıcını götürən yüksəksürətli Günəş plazma küləyinin effektləri sayəsində noyabrın 7-8-də geomaqnit qasırğaları gözlənilir.

Yuxarı coğrafi enliklərdə effekt nəzərəçarpacaq olacaq. Orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində isə geomaqnit sahəsinin zəif həyəcanlaşmış səviyyədə olacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:26 06.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM