Güclü qarın yağması ilə əlaqədar Gürcüstanın bəzi bölgələrində ciddi problemlər yaranıb.
NTV xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirildiyinə görə, intensiv qar, güclü duman və məhdud görünüş səbəbindən Şidi Kartli bölgəsində dövlət əhəmiyyətli Tsana–Lasdili və Uşquli–Lasdili avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
