ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisini tarixi abidə elan etmək və gələcəkdə burada əsaslı dəyişikliklərin yalnız Konqresin razılığı ilə həyata keçirilməsini nəzərdə tutan sərəncam imzalayıb.
NTV xəbər verir ki, Trampın sözlərinə görə, qərar Oval Ofisə və Ağ Evin Nazirlər Kabinetinin iclas zalına şamil olunur. O bildirib ki, bu məkanların tarixi görkəmi gələcək nəsillər üçün qorunmalıdır.
ABŞ Prezidenti vurğulayıb ki, müvafiq hüquqi prosedurlar tamamlandıqdan sonra Konqresin təsdiqi olmadan həmin məkanlarda əhəmiyyətli dəyişikliklərə yol verilməyəcək.
Qeyd edək ki, Trampın prezidentliyi dövründə Oval Ofisin interyeri, o cümlədən qızılı dekorativ elementlərlə əhəmiyyətli dərəcədə yenilənib.
