satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin neft ehtiyatları azalır

ABŞ-nin neft ehtiyatları azalır

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.

NTV  xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 900 min barel azalaraq 409 milyon 800 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 700 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 400 min barel azalaraq 282 milyon 200 min barel olub. Ölkənin benzin ehtiyatları hesabat həftəsində 200 min barel azalaraq 209 milyon barel təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM