satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliya Futbol Federasiyası Ronaldunun şərəfinə vida mərasimi təşkil edəcək

Portuqaliya Futbol Federasiyası Ronaldunun şərəfinə vida mərasimi təşkil edəcək

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun şərəfinə vida mərasimi təşkil etməyi planlaşdırır.

NTV xəbər verir ki, qurum 41 yaşlı hücumçunun milli komandadakı karyerasını başa vurması ilə bağlı açıqlama yayıb.

Federasiya Ronaldunun uzun illər ərzində ölkə futboluna verdiyi töhfələri yüksək qiymətləndirib. Qurum azarkeşlərin və bütün ölkənin iştirakı ilə futbolçuya layiq vida tədbiri keçirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edib. O, yığmanın heyətində 234 oyun keçirib və 146 qol vurub. Hücumçu 2016-cı ildə Avropa çempionu olub, həmçinin iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb. Onun millidə son oyunu sentyabrın 24-də Uelsə qarşı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM