satellite   Azerspace-1: 11135 H 30000

Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir

Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir

Bu ilin əvvəlində İslamabadda ilk “ASAN xidmət” mərkəzini açdıq. Bu səmərəli əməkdaşlığa görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Dövlət Agentliyinin sədrinə və onun komandasına təşəkkürümü bildirirəm. Hər iki ölkənin nümayəndə heyətləri təcrübə mübadiləsi aparmaq və Bakı təcrübəsini öyrənmək məqsədilə dəfələrlə qarşılıqlı səfərlər həyata keçiriblər. Bu əməkdaşlıq xidmət mərkəzinin planlaşdırılması və dizaynından tutmuş proqram təminatının tətbiqinə, əməkdaşlarımızın təliminə, eləcə də layihənin icrasına qədər bütün mərhələləri əhatə edib.

NTV   xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca deyib.

Bu prosesin Azərbaycan nümayəndə heyətinin dəstəyi sayəsində mümkün olduğunu vurğulayan nazir qeyd edib: “Hazırda həmin xidmətlərin göstərilməsi proseslərinin yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində işlər aparırıq. Gələcəkdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini Azad Kəşmir, Gilgit-Baltistan və Pakistanın digər əyalətlərində də genişləndirməyi planlaşdırırıq. Bu istiqamətdə “ASAN xidmət” komandası ilə sıx əməkdaşlığımızı davam etdiririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM