satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Regional DOST Mərkəzinə 8 minə yaxın müraciət daxil olub

Naxçıvan Regional DOST Mərkəzinə 8 minə yaxın müraciət daxil olub

Məlum olduğu kimi, 2026-cı il avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkə üzrə 8-ci DOST mərkəzi olan Naxçıvan Regional DOST Mərkəzi istifadəyə verilib. Mərkəzdə 15 istiqamət üzrə 164 xidmət göstərilir. Vətəndaş məmnunluğu göstəricisi 99 faizdən yüksəkdir. Fəaliyyətə başladığı vaxtdan indiyədək mərkəzə vətəndaşlardan 8 minə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyəti sosial müdafiə, pensiya və əmək məşğulluğu istiqamətləri ilə bağlıdır.

NTV xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini Şamil Əliyev  deyib.

O qeyd edib ki, vətəndaşlar hər hansı nazirliyin digər qurumlarına getmədən, vahid məkanda, “bir pəncərə” prinsipi əsasında müxtəlif xidmətlərdən yararlana bilirlər. Mərkəzdə əsas fəaliyyət istiqamətləri ilə yanaşı, vətəndaşlara funksional və yardımçı xidmətlər də təqdim olunur.

"Məlumat üçün bildirim ki, 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində xidmətlərin daha əlçatan olması məqsədilə DOST qəbul şöbələrinin yaradılması planlaşdırılır"- deyə Şamil Əliyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM