satellite   Azerspace-1: 11135 H 30000

Gələn ilin büdcəsindən uşağın anadan olmasına görə 84 milyon manatdan çox vəsait ayrılacaq

Gələn ilin büdcəsindən uşağın anadan olmasına görə 84 milyon manatdan çox vəsait ayrılacaq

Gələn il dövlət büdcəsindən uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinətlərə 84 milyon 10 min manat vəsait ayrılacaq.

NTV  xəbər verir ki, bununla bağlı "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bundan əlavə, layihədə qeyd edilib ki, büdcədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər üçün 47 milyon 380 min manat, hamiləliyə və doğuma görə müavinətlərə 77 milyon 340 min manat, 3 yaşınadək uşağa qulluğa görə isə 21 milyon 390 min manat pul ayrılacaq.

Sənəddə o da vurğulanıb ki, dəfn üçün müavinətlərə 50 milyon 510 min manat ayrılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM