satellite   Azerspace-1: 11135 H 30000

Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub

Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu milli komandadakı karyerasını başa vurub.

NTV  xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O, açıqlamasında Portuqaliya yığmasının formasını 23 il ərzində geyinməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib.

Futbolçu milli komandada keçirdiyi illər ərzində qazandığı qələbələri, vurduğu qolları və əldə etdiyi uğurları xatırladıb. O, çətin məğlubiyyətlər yaşasa da, heç vaxt təslim olmadığını və ölkəsini təmsil etməkdən daim qürur duyduğunu qeyd edib.

Ronaldu 2003-cü ildən əsas millinin formasını geyinib. O, sentyabrın 27-də Norveçlə UEFA Millətlər Liqasının oyununda (2:1) ehtiyat oyunçular skamyasında qalıb, üç gün sonra isə baş məşqçi Jorje Jezuşun açıqlamasından sonra komandanın düşərgəsini tərk edib.

Oktyabrın 19-da Portuqaliya Futbol Federasiyasının intizam şurası icazəsiz olaraq millinin düşərgəsini tərk etdiyinə görə hücumçunu 30 günlük diskvalifikasiya edib və 255 avro cərimələyib. Futbolçu daha sonra komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisində 234 oyun keçirib və 146 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM