satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: “Qarabağ” və “Neftçi” növbəti oyunlara çıxır

Premyer Liqa: “Qarabağ” və “Neftçi” növbəti oyunlara çıxır

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

NTV  xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Günün ilk matçında "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Hazırda Ağdam təmsilçisi 19 xalla turnir cədvəlinin üçüncü, Tovuz klubu isə 18 xalla dördüncü pilləsində qərarlaşıb.

Günün digər qarşılaşmasında "Neftçi" "Palms Sports Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Saat 20:00-da başlayacaq oyunda paytaxt təmsilçisi lider mövqeyini qorumağa çalışacaq. "Neftçi" 21 xalla turnir cədvəlinə başçılıq edir. Gəncə klubu isə 17 xalla beşinci yerdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:26 06.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM