satellite   Azerspace-1: 11135 H 30000

DİM-in dəstəyindən yararlanan 35 qazi ali məktəbə və ya kollecə qəbul olub

DİM-in dəstəyindən yararlanan 35 qazi ali məktəbə və ya kollecə qəbul olub

Sentyabr ayına olan məlumata əsasən, Dövlət İmtahan Mərkəzinin (DİM) dəstəyindən yararlanan 35 qazi ali məktəbə və ya kollecə qəbul olub, daha 8 nəfər isə hazırlıq kurslarında iştirak edib.

NTV xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, qazilərin təhsilini davam etdirməsi, yenidən dərsə başlaması, imtahanlara hazırlaşması və yeni peşə seçməsi böyük zəhmət tələb edir. Bu istiqamətdə DİM tərəfindən onlara ödənişsiz hazırlıq kursları, sınaq imtahanları və dərs vəsaitləri ilə dəstək göstərilir.

DİM sədri Şuşanın azad edilməsini, bu tarixi Qələbənin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanıldığını qeyd edərək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib. O, tədbirdə iştirak edən qazilərə və şəhid ailələrinə minnətdarlığını ifadə edib, Vətən müharibəsində iştirak etmiş həmkarlarına təşəkkürünü çatdırıb. Eyni zamanda, onlarla bir kollektivdə çalışmaqdan qürur duyduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM