Muxtar Tleuberdi yenidən Qazaxıstanın xarici işlər naziri təyin edilib.
NTV Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
M.Tleuberdi əvvəl tutduğu vəzifədən azad edilib.
Bundan öncə Qazaxıstanın xarici işlər naziri vəzifəsini Yermek Koşerbayev tuturdu.
Muxtar Tleuberdi ilk dəfə 2019-cu ilin sentyabrında Qazaxıstanın xarici işlər naziri təyin edilib. 2021-ci ilin yanvarından 2023-cü ilin aprelinədək o, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsini tutub. 2023-cü ildə isə Qazaxıstanın Avstriyadakı səfiri təyin edilmişdi.
