satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada elektrik infrastrukturuna qarşı törədilən təxribatlarla əlaqədar araşdırmalar aparılır

Almaniyada elektrik infrastrukturuna qarşı törədilən təxribatlarla əlaqədar araşdırmalar aparılır

Almaniyanın təhlükəsizlik və istintaq orqanları Şimali Reyn-Vestfaliya və Brandenburq əyalətlərində ötən gün yüksəkgərginlikli elektrik xətlərində qısaqapanmaya səbəb olan iki təxribatla əlaqədar araşdırmaları davam etdirir.

NTV yerli mediaya istinadla xəbər verir ki, Brandenburq əyalətində Yanşvalde kömür elektrik stansiyası yaxınlığındakı yarımstansiyada naməlum şəxslər hazırladıqları uçan qurğular vasitəsilə yüksəkgərginlikli xətlərə keçirici material ataraq qısaqapanma törədiblər. Yayılan məlumatlarda əsas məqsədin genişmiqyaslı elektrik kəsintisi olduğu bildirilib. Hadisə nəticəsində elektrik enerjisinin verilişində ümumi fasilə yaranmasa da, elektrik stansiyasının bir bloku müvəqqəti sıradan çıxıb. Aparılan araşdırmalar nəticəsində ərazidə əlavə partlayıcı qurğular aşkarlanıb.

Digər hadisə isə Köln yaxınlığında - Berqhaymda yarımstansiyasında baş verib. Yaranan qısaqapanma nəticəsində “RWE” şirkətinin kömürlə işləyən 5 enerji bloku şəbəkədən ayrılıb. Buna baxmayaraq, əhalinin elektrik təchizatında fasilə yaranmayıb.

Şimali Reyn-Vestfaliya əyalətinin rəsmiləri hadisə üzrə təxribat şübhəsi ilə araşdırma aparıldığını açıqlayıb. Eyni zamanda, hər iki hadisə arasında mümkün əlaqə də araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM