satellite   Azerspace-1: 11135 H 30000

YA Tariflər üzrə ABŞ-Yaponiya danışıqlarının birinci raundu nəticəsiz başa çatıb

YA Tariflər üzrə ABŞ-Yaponiya danışıqlarının birinci raundu nəticəsiz başa çatıb

Vaşinqtonun idxal tariflərini mümkün qədər azaltması ilə bağlı ABŞ və Yaponiya arasında danışıqların birinci raundu nəticəsiz başa çatıb.

NTV xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Yaponiyanın iqtisadiyyatın bərpası naziri Rösey Akadzavanın bəyanatına istinadla məlumat yayıb.

Məlumata görə, aprel ayının sonunda danışıqların ikinci raundu baş tutmalıdır.

“Danışıqlar asan olmayacaq. Prezident Donald Tramp Yaponiya ilə danışıqlara üstünlük verdiyini deyib. Sonuncu görüş növbəti raundun əsasını qoyub”, - deyə Yaponiyanın Baş naziri Siqeru İsiba bildirib. O, həmçinin uyğun vaxtda ABŞ Prezidenti ilə görüşmək üçün Birləşmiş Ştatlara səfər etmək istədiyini qeyd edib.

Bu ərəfədə Yaponiya rəsmiləri “tarif siyasəti, hərbi dəstək və ədalətli ticarət məsələlərini müzakirə etmək üçün” Vaşinqtona səfər ediblər. NBC telekanalının məlumatına görə, Yaponiyanın nümayəndə heyəti ilə ABŞ-ın maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnik arasında keçirilən görüşdə Donald Tramp da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM