satellite   Azerspace-1: 11135 H 30000

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və filiallarında 360-dək benefisiar bacarıqlarını inkişaf etdirir

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və filiallarında 360-dək benefisiar bacarıqlarını inkişaf etdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 360-dək benefisiar 14 müxtəlif fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıqlarını inkişaf etdirir.

Bu barədə NTV-nin nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 187 nəfəri mərkəzdə, digərləri İsmayıllı və Bərdədəki "DOST Evi" filiallarında xidmətlərdən yararlanır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ilin oktyabr ayında açılışı olan bu müəssisə Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Mərkəz və filiallarında əlilliyi olanlar, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid şəxslər təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və digər istiqamətlər üzrə təlimlərə cəlb edilir, bacarıqları təkmilləşdirilir.

Ötən dövrdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarının xidmətlərindən 1055 benefisiar faydalanıb. Təlimlər, ustad dərsləri vasitəsilə onların yaradıcı potensialının inkşafına, cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM