satellite   Azerspace-1: 11135 H 30000

İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir

İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir

Daha çox fəaliyyət göstərən, daha yüksək nəticələr əldə edən həkimlər daha çox qiymətləndirilməli və daha yüksək əməkhaqqı almalıdırlar.

NTV xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda əməyin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşma məqsədəuyğundur. Bununla belə, səhiyyə sahəsində islahatlar davamlı xarakter daşımalı, sistem mütəmadi olaraq təkmilləşdirilməlidir.

“Fəaliyyətin qiymətləndirilməsi bu gün üçün məqsədlərimizi qarşılayırsa, biz sabahı da düşünməliyik. Növbəti mərhələlərdə əməyin qiymətləndirilməsi təkcə görülən işin həcmi ilə deyil, əldə olunan nəticə ilə ölçülməlidir”, - deyə Anar Bayramov vurğulayıb.

TƏBİB-in icraçı direktoru qeyd edib ki, səhiyyə sistemində əsas göstərici xəstəyə göstərilən xidmətlərin, çağırışların sayı deyil, müayinə və yaxud müalicənin insan sağlamlığına təsiridir.

Onun sözlərinə görə, bu istiqamətdə ardıcıl tədbirlər görülməli, düşüncə tərzi dəyişdirilməli və gələcəkdə həkimlərin əməyinin ödənilməsi nəticəyönümlü mexanizm əsasında həyata keçirilməlidir.

Anar Bayramov bildirib ki, ümumilikdə səhiyyə sistemi xəstəliklərə reaksiya verən modeldən sağlamlığı idarə edən sistemə keçməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM