satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

İstanbul Maliyyə Mərkəzi 8-9 oktyabr tarixlərində Beynəlxalq İqtisadi Foruma ev sahibliyi edəcək. İştirakçılar qlobal iqtisadiyyatın üzləşdiyi problemlər və çətinliklər ətrafında müzakirələr aparacaqlar.

NTV xəbər verir ki, Azərbaycan nümayəndə heyəti də Türkiyə Mərkəzi Bankı tərəfindən təşkil edilən İstanbul İqtisadi Forumunda iştirak edəcək.

Forumda müxtəlif ölkələrdən 2 nazir, 16 mərkəzi bank sədri və 8 müavinin iştirak edəcəyi gözlənilir.

İstanbul İqtisadi Forumu qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı müzakirələr üçün nüfuzlu platforma olmağı hədəfləyir. Müzakirələr zamanı irəli sürülən təşəbbüslər beynəlxalq siyasi dialoq və əməkdaşlığı təşviq edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM