satellite   Azerspace-1: 11135 H 30000

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.

Ombudsman Aparatından NTV-yə bildirilib ki, görüş zamanı Səbinə Əliyeva ölkəmizdə insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində aparılan islahatlar, ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə qonağa məlumat verib.

S.Əliyeva BMT-nin nizamnamə və müqavilə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini vurğulayıb.

Müvəkkil insan hüquqlarının müxtəlif istiqamətləri üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsinin, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından vacibliyini diqqətə çatdırıb.

Dmitro Şlapaçenko görüşə görə ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM