satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - FOTOLAR

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib<font color=red> - FOTOLAR</font>

Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın 153-cü Assambleyasının açılış mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, parlamentin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.

Tədbirdə Tanzaniyanın Baş naziri Mviqula Nçemba, parlamentin sədri Mussa Zungu, Parlamentlərarası İttifaqın Prezidenti Tulia Akson və təşkilatın Baş katibi Anda Filip çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər. Açılış mərasimində müasir beynəlxalq münasibətlər sistemində milli parlamentlər arasında əməkdaşlığın əhəmiyyəti, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında da danışılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM