satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb - FOTOLAR

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb<font color=red> - FOTOLAR</font>

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının (APA) koordinasiya iclasında çıxış edib.

Bu barədə NTV-yə  Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Sahibə Qafarova Azərbaycanın 2024-cü ilin fevralında APA-ya sədrliyi qəbul edərkən əsas məqsədlərindən birinin Assambleyanın institusional imkanlarının gücləndirilməsi, fəaliyyətinin daha səmərəli təşkili və Asiyada parlamentlərarası dialoq platforması kimi rolunun möhkəmləndirilməsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın sədrliyinin ötən dövründə APA-nın institusional inkişafı istiqamətində mühüm addımların atıldığı, Assambleya Bürosunun fəaliyyətinin canlandırıldığı vurğulanıb.

Sahibə Qafarova Azərbaycanın APA-ya sədrliyi dövründə 4 koordinasiya görüşünün təşkil edildiyini deyib. Bu görüşlərin ümumi maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına, mövqelərin əlaqələndirilməsinə və APA-nın daha geniş parlamentlərarası gündəmlə əlaqələrinin möhkəmləndirilməsinə şərait yaratdığını qeyd edib. APA ilə digər parlament təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin də sədrliyin prioritet istiqamətlərindən olduğu bildirilib.

Milli Məclisin sədri çıxışında parlamentlərarası çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə də toxunub. Parlamentlərin qlobal qərarların qəbulunda rolunun gücləndirilməsinin, regional parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Dayanıqlı inkişafın təmin olunmasında inklüzivliyin, qadınların, gənclərin və təmsil olunmayan qrupların parlamentlərarası proseslərdə fəal iştirakının əhəmiyyəti qeyd edilib.

Sahibə Qafarova APA çərçivəsində son iki il ərzində əldə olunan təcrübənin müxtəlif regionlar, mədəniyyətlər və siyasi baxışlar arasında əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdiyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM