satellite   Azerspace-1: 11135 H 30000

Şahin Mustafayev və Aleksey Overçuk Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı perspektivlərini müzakirə ediblər

Şahin Mustafayev və Aleksey Overçuk Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı perspektivlərini müzakirə ediblər

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşünü keçiriblər.

NTV Rusiya hökumətinin veb-saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiyanın müvafiq qurumlarının, nazirliklərinin və idarələrinin nümayəndələri iştirak ediblər.

Tərəflər iqtisadi-ticari, investisiya sektorları, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin ən yüksək səviyyədə əldə edilən razılaşmaların və Hökumətlərarası Komissiyanın 24-cü iclasının qərarlarının icrası məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və iki ölkənin biznes subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması ilə bağlı əlavə tədbirlər müzakirə olunub.

Nəqliyyat əlaqələrinin inkişafına və yükdaşımalarının genişləndirilməsinə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadənin davam etdirilməsinə və sərhəd keçid məntəqələrinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.

Həmsədrlər qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb və maraq doğuran sahələrdə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üzərində işləməyin vacibliyini qeyd ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM