satellite   Azerspace-1: 11135 H 30000

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Hörmüz boğazından keçən tanker mərmi ilə vurulub və gəminin mühərrik otağında yanğın baş verib.

NTV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, tankerin kapitanı gəminin naməlum mənşəli mərmi ilə vurulduğunu bildirib. Zərbədən sonra mühərrik otağında yanğın baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölən və ya xəsarət alanlar, həmçinin ətraf mühitə ziyan dəyməsi barədə məlumat yoxdur.

UKMTO gəmilərə Hörmüz boğazında ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat verməyi tövsiyə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM