satellite   Azerspace-1: 11135 H 30000

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Polşanın “Zespół Badań i Analiz Militarnych” (“Hərbi Tədqiqat və Təhlil Qrupu”) hərbi məsələlər üzrə ixtisaslaşmış informasiya portalında sentyabrın 30-da Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“ADEX 2026”) haqqında məqalə dərc olunub.

NTV xəbər verir ki, “Azərbaycan Türkiyənin Barbaros sisteminin ilk istifadəçisidir” sərlövhəli məqalədə “ADEX 2026” çərçivəsində Türkiyənin “Roketsan” şirkəti ilə “Barbaros” mobil sahil müdafiə sisteminin tədarükünə dair müqavilənin imzalandığı bildirilib.

Qeyd edilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri “Atmaca” və “Çakir” gəmiəleyhinə raketlərindən istifadə edən “Barbaros” sisteminin dünyada ilk istifadəçisi olacaq. Sistemin Xəzər dənizində 135 dəniz milindən artıq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik olduğu vurğulanıb.

Portal “ADEX 2026” sərgisinin qabaqcıl hərbi təyinatlı avadanlıqların nümayiş etdirilməsi baxımından əhəmiyyətini də diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM