satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

İngiltərə yığmasının futbolçuları Alex Skott və Ezri Konsa zədə səbəbindən milli komandanın düşərgəsini tərk ediblər.

NTV İngiltərə millisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu UEFA Millətlər Liqasında Çexiyaya qarşı keçiriləcək son qarşılaşmanı buraxacaq.

İngiltərə Futbol Federasiyasının açıqlamasına görə, “Bornmut”un 23 yaşlı yarımmüdafiəçisi Skott və “Arsenal”ın müdafiəçisi Konsa əlavə müayinələrdən keçmək üçün öz klublarına qayıdıblar.

Skottun zədəsi daha ciddidir. Futbolçu bud nahiyəsindən xəsarət alıb. “Bornmut”da oyunçunun təxminən iki ay yaşıl meydanlardan uzaq qala biləcəyindən ehtiyat edirlər. Konsanın zədəsi ilə bağlı isə hələlik ətraflı məlumat verilmir. Hər iki futbolçu İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel tərəfindən Xorvatiya üzərində 7:0 hesablı qələbə ilə başa çatan oyunda start heyətində meydana çıxmışdı.

Qeyd edək ki, İngiltərə – Çexiya qarşılaşması oktyabrın 6-da Londondakı “Uembli” stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM