satellite   Azerspace-1: 11135 H 30000

Moskva yaxınlığında insanları köləliyə məcbur edən cinayətkar dəstənin üzvləri saxlanılıb

Moskva yaxınlığında insanları köləliyə məcbur edən cinayətkar dəstənin üzvləri saxlanılıb

Moskva yaxınlığında vətəndaşların köləliyə məcbur edilməsi işi üzrə saxlanılanlar zərərçəkənləri silah və elektroşokerlə hədələyiblər.

NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.

Şübhəlilər Ramenskidə üçmərtəbəli fərdi ev kirayələyərək onu "işçi evi" kimi istifadə ediblər. Onlar, o cümlədən xarici vətəndaşlar arasında çətin vəziyyətə düşən şəxsləri taparaq onlara qalmağa yer və yemək təmin etməklə iş təklif ediblər. Təklifi qəbul edən şəxslərin sənədləri və telefonları əllərindən alınıb. Daha sonra onlar silah və elektroşok cihazlarından istifadə etməklə hədələnərək müxtəlif kommersiya obyektlərində rəsmi əmək müqaviləsi olmadan işləməyə məcbur ediliblər.

"Çox vaxt bu əməyin haqqı minimum səviyyədə ödənilirdi, görülən işlərdən əldə olunan əsas gəliri isə cinayətkarlar özlərinə götürürdülər", - o deyib.

Polis əməkdaşları "Rosqvardiya"nın dəstəyi ilə 5 şübhəlini - iki ehtimal olunan təşkilatçını, "iş evi"nin iki idarəçisini, eləcə də işə cəlb edən şəxsi saxlayıblar. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127-ci maddəsinin 2-ci hissəsi (Qanunsuz azadlıqdan məhrum etmə) ilə cinayət işi başlanıb. Onlardan dördü həbs edilib, biri barəsində isə ev dustaqlığı qərarı çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Sabah yağış yağacaq

12:51 05.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM