satellite   Azerspace-1: 11135 H 30000

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatının qubernatoru Keti Hoçul qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

NTV xəbər verir ki, bu barədə qubernatorun saytında bildirilib.

Qeyd edilib ki, qərar ştatda və qonşu ştatlarda qızılca hallarının artması ilə əlaqədar qəbul olunub.

Səlahiyyətli qurumlar qızılcaya qarşı peyvəndlərin vurulması və testlərin aparılması üçün əlavə səhiyyə işçilərinin cəlb olunması istiqamətində tədbirlər görəcəklər. 2026-cı ildə ştatda 108 qızılca halı aşkarlanıb ki, onların 7-si Nyu-York şəhərində qeydə alınıb.

Cons Hopkins Universitetinin məlumatına görə, ilin əvvəlindən ABŞ-da 4020 qızılca halı qeydə alınıb. Mütəxəssislər xəstəliyin yayılmasının əsas səbəblərindən biri kimi peyvəndlənmə səviyyəsinin azalmasını göstərirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM