satellite   Azerspace-1: 11135 H 30000

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir - FOTOLAR

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir<font color=red> - FOTOLAR</font>

Oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları” mövzusunda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb.

NTV xəbər verir ki, konfransın məqsədi ikitərəfli və regional iqtisadi əməkdaşlığı dərinləşdirmək, eləcə də Azərbaycanda və daha geniş regionda dayanıqlı inkişafın dəstəklənməsi üçün Almaniya və Avropa maliyyəsi, texnologiyası və ekspertizasını cəlb etməkdir.

Konfrans Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən dövlət nümayəndələrini, maliyyə institutlarını, layihə sahiblərini və biznes liderlərini bir araya gətirib.

Tədbir çərçivəsində investisiya imkanları müzakirə olunacaq, həmçinin Orta Dəhliz boyunca infrastruktur, enerji keçidi və rəqəmsal bağlantı sahələrində strateji layihələrin maliyyələşdirilməsi imkanları nəzərdən keçiriləcək.

Konfrans Bakıda regional əməkdaşlıq və konstruktiv dialoq üçün mühüm platforma rolunu oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM