satellite   Azerspace-1: 11135 H 30000

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Oktyabrın 5-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 40, dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılıb.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tüfəng, 1 patron darağı və 880 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM